XƏBƏRLƏR
3458 Arxiv

2016.07.04

Zoologiya İnstitutunda BTMMH avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi nəzərdə tutulur

Zoologiya İnstitutunda “Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” (BTMMH) avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi nəzərdə tutulur.

Sözügedən sistemin tətbiqi büdcədən maliyyəşən təşkilatlarda mühasibat uçotunun beynəlxalq və milli standartlara əsaslanan vahid prinsip üzərində qurulmasını və hesabatların standartlara uyğun tərtib olunmasını, o cümlədən maliyyə hesabatlarının avtomatik rejimdə formalaşmasını və vaxtında təqdim olunmasını təmin edəcəkdir.

Qeyd etmək lazımdır ki, BTMMH sisteminin tətbiqi İşçi Qrupu və icraçı şirkət olan SİNAM MMC tərəfindən birlikdə həyata keçiriləcəkdir.SİNAM MMC regionda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir. İşçi Qrupun rəhbəri Şəmsəddin Mənsimov Zoologiya İnstitutunda BTMMH avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi ilə əlaqədar seminarlar keçirəcək və aşağıda göstərilmiş proqram təminatı modulları tətbiq olunacaqdır.

1.Mühasibatlıq modulu

1.1. Baş kitab modulu

1.2. Anbar uçotu modulu

1.3. Əsas vəsaitlərin uçotu modulu

1.4. Bank və xəzinə əməliyyatları modulu

1.5. Əmək haqqı modulu

1.6. Maliyyə hesabatları modulu

2.Kadrların uçotu modulu

 

Sistem çoxdilli interfeys, yerli qanunvericiliyə tam uyğunluq, mühasibatlığı eyni zamanda bir neçə valyutada aparmaq və istifadəçilər arasında hüquqların idarə olunması kimi bir çox üstünlüklərə malikdir.

Zoologiya İnstitutunda BTMMH avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi ilə əlaqədar İşçi qrupu yaradılmışdır: Layihə üzrə yaradılacaq işçi qrupunun rəhbəri-ümumi işlər üzrə direktor müavini Cəlilov Ərşad, maliyyə və mühasibat uçotu hesabatlıqları üzrə mütəxəssis- baş mühasib Gülsənəm Bağırova, kadrlar üzrə mütəxəssis- kadrlar şöbəsinin müdiri Gülbəniz Həsənova, mal-material uçotu üzrə mütəxəssis -  mal-material üzrə mühasib Təranə Quliyeva, əmək haqqının hesablanmması üzrə mütəxəssis -  mühasib Mənsurə Əliyeva, əsas vəsaitlərin uçotu üzrə mütəxəssis -  baş iqtisadçı Elmira Hüseynzadə, İKT üzrə mütəxəssis -  texnik İsmixan Zeynalov, anbar işi üzrə mütəxəssis - anbar müdiri Sevda Novruzova, kitabxana işi üzrə mütəxəssis -  kitabxana müdiri Ülviyyə Qarayeva, muzey işi üzrə mütəxəssis -  Zooloji muzeyin müdiri Səbinə Bünyatova təyin olunub.

Qrupun işinə məsul şəxs “İnformasiya və İnnovasiya” şöbəsinin müdiri Şahzadə Mədətova təyin olunub.

Birinci mərhələdə maliyyə və mühasibatlıq hesabatlarının avtomatlaşdırılması, ikinci mərhələdə isə kitabxana və Zooloji muzeyin həmin şəbəkəyə transfer edilməsi nəzərdə tutulur.