Əsas elmi istiqamətlər
Zoologiya institutunun elmi tədqiqatlarının əsas istiqamətləri:
Azərbaycanın heyvanlar aləminin tədqiqi;
Heyvanlar aləminin müxtəlif qruplarının müasir vəziyyətinin araşdırılması;
Müxtəlif biosenozlarda heyvanların rolunun müəyyənləşdirilməsi;
Parazitar və təbii ocaqlı xəstəliklərin ləğv edilməsinin bioloji əsasalarının hazırlanması;
Parazitar xəstəliklərin törədicilərinin biomüxtəlifliyinin, növ daxili dəyişkənliklərinin və ekoloji xüsusiyyətlərinin öyrənilməsi;
Parazitar xəstəliklərin törədicilərinin parazit-sahib sistemində qarşılıqlı əlaqələrinin öyrənilməsi;
Həşəratların say dinamikasının və yayılma qanunauyğunluqlarının araşdırılması;
Kənd təsərrüfatı bitkilərinin bioloji mühafizəsinin elmi və praktiki əsaslarının hazırlanması, zərərvericilərin sayının bioloji üsullarla tənzimi;
Azərbaycanın su hövzələrinin hidrofaunasının tədqiqi;
Su və torpaq biotoplarında yaşayan onurğasız heyvanların biomüxtəlifliyinin və ekoloji xüsusiyyətlərinin öyrənilməsi;
Xəzər dənizi və Kür çayı hövzələrinin bioloji məhsuldarlığının tənzim edilməsinin elmi əsaslarının hazırlanması;
Onurğalı heyvanların biologiyası və ekologiyasını müəyyənləşdirməklə onların faydalılarından istifadə edilməsi, zərərli formalara qarşı mübarizənin elmi əsaslarının hazırlanması;
Nəsli kəsilməkdə olan və nadir balıq növlərinin akvakultura şəraitində artırılması;
Azərbaycanın heyvanlar aləminin öyrənilməsində kosmik tədqiqat, informasiya texnologiyaları və molekulyar bioloji tədqiqat üsullarının tətbiqi.