XƏBƏRLƏR
2101 Arxiv

2019.09.23

Zoologiya İnstitutunun əməkdaşı müəlliflik şəhadətnaməsi alıb

AMEA Zoologiya İnstitutunun “Quru Onurğalıları” laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması” adlı əsərinə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi alıb.

Sevinc Rəcəbova qeyd edib ki, quşları daha yaxşı öyrənmək və onların yerini daha dəqiq müəyyən etmək üçün  onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun siqnal verən kiçik cihazlar olan GPS xaltalar yerləşdirib, onların verdiyi siqnallara əsasən daha dəqiq nəticə əldə etmək olar. Müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması sayəsində Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyası, həyat tərzi öyrənilər, onların nəslinin kəsilməməsi və qorunması istiqamətində tədbirlər planı hazırlanar. Bu növlərin içərisində dünya əhəmiyyətli növlərin olması dünya ölkələri tərəfindən Azərbaycanın geniş miqyasda tanınmasına, bu sahədə turizmin inkişafına səbəb olar, Kütləvi İnformasiya Vasitələrində (KİV) bu sahədə yeni-yeni verilişlərin, videoların, kinoların və s.-in yaradılması üçün zəmin yaradar.

Bu səbəbdən müasir təbiəti mühafizə avadanlıqları (GPS xaltalar) vasitəsi ilə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması  biomüxtəlifliyin mühafizəsi istiqamətində aparılan məqsədyönlü tədbirlərdən biri olacaq.