XƏBƏRLƏR
129 Arxiv

2019.07.19

Azərbaycan və İtaliya alimləri tibb sahəsində birgə əməkdaşlıq edəcək

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov İtaliyanın Boloniya Universitetinin şöbə müdiri, professor Francesco Naccarellanı və tibbi-genetika üzrə mütəxəssis, İran İslam Respublikasını təmsil edən Dr. Siamak Saberi qəbul edib.

AMEA Rəyasət Heyətinin binasında baş tutan görüşdə İtaliya və Azərbaycan alimləri arasında onkologiya, tibbi genetika və kardiologiya sahələrində mövcud elmi əlaqələr, birgə proqramlar və perspektivlər barədə ətraflı müzakirələr aparılıb, müştərək multidissiplinar layihələrin hazırlanaraq mövcud müsabiqələrə təqdim edilməsi qərara alınıb.

Ə.Əmiraslanov əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zamanın tələbi olduğunu vurğulayıb, birgə layihələrin hazırlanması üzrə işçi qruplarının yaradılması ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, AMEA-nın müxbir üzvləri - Nuru Bayramov, Zeynal Əkpərov, Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev, o cümlədən ATU-nun Onkologiya Klinikasının mütəxəssisləri iştirak ediblər.

http://science.gov.az/news/open/10799