XƏBƏRLƏR
3185 Arxiv

2018.05.11

Akademik Akif Əlizadə: “Doktorant və dissertantların apardığı tədqiqatlar dünya elminin tələblərinə cavab verməlidir”

Bu gün AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və TexnikaKimyaYer, eləcə də Biologiya və Tibb Elmləri bölmələri üzrə 57 tədqiqatçının dissertasiya mövzularının müzakirəsinə həsr olunan yığıncaq keçirilib.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək rəhbərlik etdiyi qurumun əsas hədəflərindən birinin də gənclərin elmi fəaliyyətinə dəstək vermək, onları həvəsləndirmək və yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdən ibarət olduğunu qeyd edib. Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyasının sürətləndiyini qeyd edən alim gənc tədqiqatçıları prioritet elmi istiqamətlərdə araşdırmalar aparmağa çağırıb: “Hər bir tədqiqatçı mövzu seçərkən diqqətli olmalı, onların əldə etdiyi elmi nəticələr dünya elminin çağırışlarına, müasir tələblərə cavab verməlidir”.

AMEA rəhbəri elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

Akademiyada dissertasiya mövzularının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan akademik A.Əlizadə bu prosesdə AMEA-nın alim və mütəxəssislərinin fəal iştirakının zəruri olduğunu qeyd edib.

Sonda AMEA-nın müvafiq elmi bölmələri üzrə müəyyənləşdirilmiş dissertasiya mövzuları ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

http://science.gov.az/news/open/7971