2016.11.10
Cücülərin fauna və sistematikası
10.11.2016-cıil tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Entomologiya” şöbəsinin “Cücülərin fauna və sistematikası” laboratoriyasının əməkdaşlarının “Azərbaycanda yayılan sovkaların, uzunbığ, karabid və qızılı böcəklərin biomüxtəlifliyi və onların bioekoloji xüsusiyyətləri” mövzusu ilə əlaqədar hesabatı keçirildi.
“Cücülərin fauna və sistematikası” laboratoriyasında 2016-cı ildə görülən işlər barəsində b.ü.f.d. G.A.Hüseynzadə qısa məlumat verdi. Daha sonra “Azərbaycanda Heliothidinae, Erastriinae yarımfəsilələrinə mənsub olan sovkaların biomüxtəlifliyi, onların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” elmi tədqiqat işi haqqında e.işçi V.Ə.Əhmədova, “Abşeron yarımadasında abiotik və biotik amillərin entomofaunaya (Lepidoptera, Arctiidae; Coleoptera, Scarabaeidae) təsiri” elmi tədqiqat işi haqqında b.ü.f.d. S.Ə.Hacıyeva çıxış etdi.
Son olaraq Elmi Şuranın sədr əvəzi b.e.d E. Əhmədov, elmiişlər üzrə direktor müavini b.e.d. Z. Məmmədov və Elmi şuranın digər üzvləri Elmi tədqiqat işlərinin nəticələri barədə öz fikir, təkliflərini irəli sürdülər.
Elmi şuranın qərarı ilə hesabatlar qəbul olundu və təkliflər səsləndirildi.