XƏBƏRLƏR
1209 Arxiv

2024.03.05

ARETN Zoologiya İnstitutu Azad Həmkarlar İttifaqı komitəsinin hesabat-seçki yığıncağı keçirildi

05 mart 2024-cü il tarixində ARETN Zoologiya İnstitutu Azad Həmkarlar İttifaqı komitəsinin hesabat-seçki iclası keçirildi. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru Ələddin Eyvazov Həmkarlar İttifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalar və ictimai birliklərdən asılı olmayan müstəqil təsisat olduğunu qeyd edib və AHİ-nin  əməkdaşların sosial- ictimai həyatında önəmli rol oynadığını diqqətə çatdırıb.

İclasda AMEA Zoologiya İnstitutu Həmkarlar Komitəsinin 2022-2023 –cü illər ərzində fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi. Həmkarlar İttifaqı komitəsinin sədri Gülnarə Aslanova hesabat məruzəsində fəaliyyət göstərdiyi dövrlər ərzində qurumun fəaliyyətinə məsuliyyətlə yanaşmış, əməkdaşların əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər gördüyünü vurğuladı. Daha sonra iclasa dəvət olunan Botanika İnstitutunun Həmkarlar Təşkilatının sədri b.ü.f.d.,dosent, Algoloqiya və lixenobriologiya laboratoriya müdiri Şəkər Muxtarova qurumun fəaliyyətinin hüquqi aspektləri ilə bağlı çıxış edərək Həmkarlar İttifaqının başlıca vəzifələrindən birinin əmək adamlarının hüquqlarını və mənafelərini qorumaqdan ibarət olduğunu bildirib.

Tədbirdə çıxış edənlər AHİ-nin 2022-2023 –cü illər ərzində fəaliyyətinə dair müzakirələr aparıb, təklif və tövsiyələrini səsləndiriblər. Sonda açıq səsvermə yolu ilə Həmkarlar ittifaqı Komitəsinin yeni heyət üzvləri və Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə İnstitutun əməkdaşı Gülnarə Aslanova seçildi.