2024.02.12
ARETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib
12 fevral 2024-cü il tarixində Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədovun 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı, çətin və şərəfli ömür yolunda uğurlar arzulayıb və Zoologiya İnstitutunun Fəxri fərmanını təqdim edib.
Tədbir zamanı Ələddin Eyvazov Elmi şuranın 2024-cü il üçün İş planı haqqında şura üzvlərinə məlumat verib.
Daha sonra icraçı direktor, b.e.d.,dosent Elşad Əhmədov 2024-2025-ci illər üzrə Elmi Tədqiqat mövzuları haqqında məruzə ilə çıxış edib.
Gündəlikdə növbəti məsələ b.ü.f.d. Nizami Novruzovun «Скорпионы и сольпуги (Arachnida: Scorpiones, Solifugae) Южного Кавказа (Аннотированный список)» adlı monoqrafiyasının çapa təqdim olunması haqqında olmuşdur.
Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.