XƏBƏRLƏR
604 Arxiv

2024.01.19

ETN Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

19 yanvar 2024-ci il tarixində, Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri institutun direktor vəzifəsini müvəqqəti icra edən, icraçı direktor, b.e.d., dosent Elşad Əhmədov açıb. O, çıxışında Qanlı Yanvar faciəsini Azərbaycan tarixinin milli qürur və hüzn günü olduğunu və bu faciənin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. O qeyd edib ki, 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb.

Tədbirdə daha sonra, YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si ilk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov Quru onurğalıları laboratoriyasının müdiri b.ü.f.d. Təvəkkül İskəndərov və Parazitologiya laboratoriyasının kiçik elmi işçisi Aynur Hacıağayeva bu qanlı tarixlə bağlı acı  xatirələrini paylaşıblar.

Tədbirin sonunda qanlı yanvar hadisələrini əks etdirən video çarx nümayiş olunub.