XƏBƏRLƏR
789 Arxiv

2023.11.21

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

21 noyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya laboratoriyasının dissertantı Günel Rübail qızı Nəsibovanın “Qazax-Tovuz iqtisadi rayonunda hind toyuqlarının (Meleagris gallopavo) qarışıq invaziyaları və törədicilərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri baytarlıq üzrə fəlsəfə doktoru, dosent Səhman Yusif oğlu Bayramovdur.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Günel Rübail qızı Nəsibovanın 2429.01“Parazitologiya”  ixtisasında  “Qazax-Tovuz iqtisadi rayonunda hind toyuqlarının (Meleagris gallopavo) qarışıq invaziyaları və törədicilərinin bioekoloji  xüsusiyyətlərinin öyrənilməsi”  mövzusunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya doktorluq dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.