XƏBƏRLƏR
739 Arxiv

2023.11.17

Zoologiya İnstitutunun əməkdaşları “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçirilən təlimdə iştirak edib

16 noyabr 2023-cü tarixində İnformasiya Texnologiyaları İnstitutunda AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə elmmetriya sahəsində aparıcı qurumlardan olan “Clarivate Analytics”in mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələrinin “Web of Science” elmmetrik bazasından daha səmərəli istifadəsini təmin etməkdir.

Tədbirdə təlimçilər, “Clarivate Analytics” şirkətinin nümayəndələri – Valentin Boqorov və İneş Kenjina “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzularında çıxış ediblər, müvafiq sahədə öz bilik və təcrübələrini bölüşüblər. Sözügedən təlimdə Zoologiya İnstitutunun kitabxana müdiri Ülviyyə Qarayeva, İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Ləman Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin tərcüməçisi Aynur Ağayeva iştirak ediblər.

Tədbirdə hər bir çıxışla bağlı müzakirələr aparılıb, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına sertifikat verilib.