XƏBƏRLƏR
972 Arxiv

2023.10.19

Zoologiya İnstitutunun Elmi şurasında növbəti hesabatlar dinlənilib

19 oktyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Quru onurğalıları laboratoriyasının, Zooloji muzeyin, Paleozoologiya laboratoriyasının illik hesabatları dinlənilib. Quru onurğalıları  laboratoriyasının müdiri b.ü.f.d Təvəkkül İskəndərov cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı haqqında ətraflı məruzə ilə edib. Zooloji muzeyin müdiri b.ü.f.d Səbinə Bünyatova, Paleozoologiya laboratoriyasının müdiri b.e.ü.f.d Könül Tapdıqova şöbələrin cari ildə gördükləri işlər barədə geniş məlumat verib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.