XƏBƏRLƏR
977 Arxiv

2023.10.03

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Quba rayonunda təşkil olunmuş ekspedisiyada olub

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları – kiçik elmi işçisi Rəfiqə Qazi, Mətanət Qubadova və elmi işçi Ləman Dadaşova 22.09.-26.09.2023-cü il tarixlərində Quba rayonunda ekspedisiyada olublar.

Ekspedisiya müddətində Qubanın Vladimirovka, Ağbıl, Aşağı Atuj kəndlərində və Şabran rayonu ərazisində yerləşən arıçılıq təsərrüfatlarında xəstə, zəif və şübhəli arı ailələrindən nümunələr götürülərək laboratoriyaya gətirilmiş və -20°-də dondurucuya qoyulub. Bu nümunələr üzərində arıların nozematoz, akarapitoz, kirəc və daş xəstəlikləri həmçinin varroa paraziti laboratoriyamızda tətbiq ediləcək, virus xəstəliklərinin təyini isə Türkiyənin Samsun şəhərində yerləşən laboritoriyada aparılacaqdır.

Qeyd etmək lazımdır ki, bu il ərzində arılarda kütləvi ölüm halları əvvəlki illərlə müqayisədə daha çox müşahidə olunur və bu ilin məhsuldarlığı olduqca aşağıdır.