XƏBƏRLƏR
548 Arxiv

2023.08.21

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşları Qəbələ rayonunda ekspedisiyada olub

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzi əməkdaşları – laboratoriya müdiri b.ü.f.d., dos. Barat Əhmədov, aparıcı elmi işçi b.ü.f.d. İlhamə Səfərova, kiçik elmi işçiləri - Rəfiqə Qazi, Fatimə Güləhmədzadə və Zinyət Şahverdiyeva, böyük laborant Ülkər Quliyeva  14.08.-20.08.23-ci il tarixlərində  Qəbələ rayonunda yerləşən bir neçə arıçılıq təsərrüfatlarında olublar. Daha öncədən Qəbələ rayonunun Məmmədağalı kəndində yerləşən arıçılıq təsərrüfatında aparılan təcrübənin yekun nəticələrini araşdırmaq məqsədilə yetkin bal arılarından və eləcə də arı məhsulu olan baldan nümunələr götürülərək laboratoriyaya gətirilib.

Tədqiqat zamanı arı nümunələrində təcrübə əsnasında tətbiq edilən antioksidantlığa malik təbii qida əlavələrinin daha öncə yeşiklərdə aşkar edilmiş arı xəstəliklərinə qarşı təsiri analiz ediləcək və eyni zamanda balın antioksidantlığı yoxlanılacaqdır.

Qeyd edək ki, molekulyar analizlər Türkiyənin Samsun şəhərində yerləşən laboratoriyada aparılacaqdır.