XƏBƏRLƏR
457 Arxiv

2023.07.27

ARETN Zoologiya İnstitutunun və REA Bitkilərin və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşları birgə ekspedisiyada olublar

21 iyun – 3 iyul tarixində, Rusiya Elmlər Akademiyasının Ural Dairəsinin Bitkilərin və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşları b.e.n. Lidiya Yalkovskaya, b.e.n. Yevgeniya Markova və aspirant Arseniy Qalimov Zoologiya İnstitutunda ezamiyyədə olublar. Ezamiyyətin məqsədi 2019-cu ildən institutlar arasında bağlanmış müqaviləyə əsasən birgə elmi tədqiqatlar aparmaq və gələcək tədqiqatlar üçün müzakirələrin aparılması olub.
Birgə tədqiqatlar zamanı rusiyalı alimlər Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli ilə birgə laboratoriyanın terioloji kolleksiya materiallarına baxış keçirib, həmçinin elmi ekspedisiyada olublar. Ekspedisiya zamanı Şamaxı və Astara rayonlarında yayılmış çöl siçanlarının növ müxtəlifliyi tədqiq olunub.