XƏBƏRLƏR
682 Arxiv

2023.06.05

Zoologiya İnstitutunda türkiyəli herpetoloq alim ilə görüş keçirilib

2 iyun 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunda Türkiyənin Aydın Adnan Menderes Üniversitesində çalışan herpetoloq alim Prof. Dr. Qurtuluş Olqunla görüş keçirilib. Görüşdə institutun baş direktoru v.i.e, a.e.ü.f.d, dos. Ələddin Eyvazov, İcraçı direktor, b.e.d., dos. Elşad Əhmədov, b.e.ü.f.d. Təvəkkül İsgəndərov, b.e.ü.f.d. Səbinə Bünyatova və b.e.ü.f.d. Gülbəniz Qasımova iştirak ediblər.
Görüş zamanı, qonaq Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın yeni nəşrini yüksək dəyərləndirib, eləcə də, Herpetologiya sahəsi üzrə birgə əməkdaşlıq, yeni layihələrin işlənilməsi və gələcəkdə türkdilli ölkələrin bu sahə üzrə alimlərinin iştirakı ilə elmi konfransın keçirilməsi müzakirə olunub.
Sonda alim institutun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyi ziyarət edib, burada sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər ilə yaxından tanış olub.