XƏBƏRLƏR
502 Arxiv

2023.05.30

Hidrobiologiya laboratoriyasının əməkdaşları sahilboyu ərazilərdə ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının müdiri v.i.e., dosent Süleyman Süleymanov, aparıcı elmi işçi Saleh Əliyev, böyük elmi işçi Nuriyyə Şamionova, kiçik elmi işçiləri - Arzu Quliyeva, Nigar Mehdiyeva və İntizar Səmədli Cənubi Xəzərin Kürağzı və Qızılağac akvatoriyası, Bəndovan və Ələt ərazilərində ekspedisiyada olublar.
23.05 - 27.05.2023-cü il tarixlərində baş tutan ekspedisiya müddətində həmin ərazilərinin sahilboyu sularında monitorinq işləri aparılaraq hidrobioloji, ixtioloji və bioloji örtüyə dair nümunələr toplanılıb. Yaranmış ekoloji şəraitin hidro və ixtiofaunanın növ tərkibinə, sayına və yayılmasına göstərdiyi təsirləri öyrənilib.