XƏBƏRLƏR
724 Arxiv

2022.11.02

Zoologiya İnstitutunun Elmi şurasında növbəti hesabatlar dinlənilib

2 noyabr 2022-ci il tarixində ARETN Zoologiya İnstitutunun kitabxanasında elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasın əvvəlində institutun laboratoriyalarının illik hesabatları dinlənilib. Belə ki, Tətbiqi Zoologiya Mərkəzinin illik hesabatı haqqında b.ü.f.d., dos. Barat Əhmədov, Hidrobiologiya laboratoriyasının illik hesabatı haqqında b.ü.f.d. Adil Əliyev, Mingəçevir Elmi Təcrübə Bazasının illik hesabatları haqqında isə Hicran İsgəndərova məruzələrlə çıxış ediblər. Məruzəçilər cari ildə laboratoriya fəaliyyəti haqqında ətraflı məlumat verdildikdən sonra il ərzində laboratoriya əməkdaşlarının nəşr fəaliyyətini də şura üzvlərinin diqqətinə çatdırıb.

Hesabatlar haqqında çıxış edən institutun icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov, Protozoologiya laboratoriyasının müdiri, AMEA müxbir üzvü İlham Ələkbərov hər üç laboratoriyanın fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonda, müxtəlif məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.