XƏBƏRLƏR
198 Arxiv

2022.08.10

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun əməkdaşları – Quru Onurğalıları laboratoriyasının müdiri vəzifəsini icra edən aparıcı elmi işçi, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, b.ü.f.d. Gülbəniz Qasımova və e.i. Leyla Nadirli herpetofauna və teriofaunanın tədqiqi məqsədilə 01-07 avqust tarixlərində Qax rayonunda ekspedisiyada olublar. Ekspedisiya zamanı yüksək dağlıq ərazilərə, həmçinin şəlalə və çay kənarlarına baxış keçirilib, elmi-tədqiqat planına uyğun olaraq herpetoloji, meşə və tarla sahələrindən isə terioloji materiallar toplanıb. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.