XƏBƏRLƏR
1325 Arxiv

2022.06.01

Zoologiya İnstitutunun əməkdaşları Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyində olublar

31 may, 2022-ci il tarixində AMEA Zoologiya İnstutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə bir qrup institut əməkdaşı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Muzeyinə səfər edib.

Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi 1924-cü ildə hökumətin və Torpaq Komissarlığının təşəbbüsü ilə yaradılıb. Əvvəlcə kənd təsərrüfatı sərgisi kimi təşkil olunsa da, sonradan muzeyə çevrilib. Binəqədi rayonu AQTİ-nun “Baytarlıq şəhərciyi”ndə yerləşən muzey Azərbaycanda kənd təsərrüfatının inkişaf tarixini və bugünkü vəziyyətini əks etdirir. Sözügedən muzey kənd təsərrüfatına həsr olunmuş beş muzeydən biri olub 500 m² əraziyə malikdir. Burada kənd təsərrüfatı alətləri, həm ənənəvi, həm də müasir kombayn modelləri, eləcə də, bitkiçilik, heyvandarlıq, pambıqçılıq, taxılçılıq, bağçılıq və şərabçılıq kimi kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən 10.000-dən çox eksponat nümayiş olunur. Muzeyin ekspozisiyasında Etnoqrafiyaya həsr olunan sənədlər və fotoşəkillər, o cümlədən kəndin ənənəvi həyat tərzini əks etdirən əşyalar da yer alır.

Qeyd edək ki, muzeyə ətraflı baxış keçirildikdən sonra Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi və AMEA Zoologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanılıb və muzey əməkdaşları ilə xatirə şəkli çəkilib.