XƏBƏRLƏR
979 Arxiv

2022.03.14

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

14 mart 2022-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.

İclasın əvvəlində direktor Quru onurğalıları laboratoriyasının müdiri b.e.d., dosent Qiyas Quliyevin 75 illik, Parazitologiya laboratoriyasının baş elmi işçisi b.e.d., dosent Əli Nəsirovun 70 illik, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Hafiz Muxtarovun və Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, b.ü.f.d. İradə Nuriyevanın 60 illik yubileyləri münasibətilə alimləri təbrik edərək onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. Alimlər uzun illər səmərəli elmi fəaliyyətlərinə görə institutun Fəxri fərmanı ilə təltif edilib.

Sonra icraçı direktor, biologiya üzrə elmlər doktoru, dosent Elşad Əhmədov 2022-ci il üçün elmi tədqiqat fərdi iş planları və işçilərin attestasiyalarının nəticələri, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşri, Quru onurğalılar laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülbəniz Qasımova isə Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində aparılan monitorinqi barədə məlumatı şura üzvlərinin diqqətinə çatdırıb. İclasın sonunda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.