XƏBƏRLƏR
1124 Arxiv

2021.09.24

Zoologiya İnstitutunda 27 sentyabr “Anım Günü”nə həsr edilmiş tədbir keçirilib

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilir. Yaxınlaşan bu şərəfli tarix üçün AMEA Zoologiya İnstitutunda “Anım Günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, b.e.d., dosent Elşad Əhmədov, Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d., dosent Barat Əhmədov, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, b.ü.f.d., dosent Şükür Quliyev, b.e.d., dosent Qara Fətəliyev və İkinci Qarabağ müharibəsində iştirak edərək “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif edilən institutun əməkdaşı-mühəndis Kamran Şəfiyev çıxış ediblər. Onlar çıxışlarında Azərbaycan xalqının ali baş komandan İlham Əliyevin ətrafında bir yumruq tək birləşərək 44 günlük davam edən vətən müharibəsində işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından bəhs ediblər.
Sonda isə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək “Zəfər tarixi”nə həsr edilmiş video-çarx təqdim edilib.