XƏBƏRLƏR
1151 Arxiv

2021.09.08

Zoologiya İnstitutu əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Təvəkkül İsgəndərov və böyük elmi işçisi, b.ü.f.d. Gülbəniz Qasımova herpetofaunanın tədqiqi məqsədilə 25-29 avqust tarixlərində Lənkəran və Lerik rayonlarında ekspedisiyada olublar. Ekspedisiya zamanı yüksək dağlıq ərazilərə, həmçinin şəlalə və çay kənarlarına baxış keçirilib, elmi-tədqiqat planına uyğun olaraq herpetoloji materiallar toplanıb. Qeyd olunan ərazilərdə çoxsaylı növlərlə yanaşı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən nadir sürünən növlərindən Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.