XƏBƏRLƏR
1228 Arxiv

2021.06.16

Quru onurğasızları laboratoriyasının əməkdaşları İsmayıllı rayonunda ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçiləri, biologiya üzrə fəlsəfə doktorları Ellada Hüseynovanın və Səkinə Hacıyeva entomofaunanın – kəpənəklər və hörümçəkkimilərin müasir vəziyyətinin araşdırılması, nadir və azsaylı növlərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə entomoloji material toplamaq üçün 07-11 iyun tarixlərində İsmayıllı rayonunda ekspedisiyada olublar.

Ekspedisiya müddətində mövzuya uyğun olaraq İsmayıllı rayonunun Qaraqaya və Təzəkənd kəndlərinin ətraflarından materiallar toplanıb. Əldə olunan məteriallar spirtə və ya pambıq döşəklərə yerləşdirilərək  etiketlə təmin edilib, növlərin təyin olunması üçün laboratoriyaya gətirilib.