XƏBƏRLƏR
1777 Arxiv

2020.09.14

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti onlayn iclası keçirilib

14 sentyabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun elmi şurasının növbəti  onlayn iclası keçirilib. İclası institutun direktor vəzifəsini icra edən, b.e.d. Elşad Əhmədov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.

Sonra AMEA Zoologiya İnstitutunun daxili sanitariya-epidemioloji qaydaları, Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi, b.e.d. Gülzar Mustafayevanın “Quru onurğasızları” laboratoriyasının müdiri vəzifəsinə icra edici təyin edilməsi, institutun Kolleksiya Fondu, onun təşkili, qorunması və istifadə olunması qaydaları, doktorant və dissertantların attestasiyasının nəticələri, institutun I il magistrı Nigar Yolçiyevanın attestasiyasının nəticələri və digər məsələlər müzakirə edilib, müəyyən qərarlar qəbul olunub.