XƏBƏRLƏR
2021 Arxiv

2019.10.07

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

07 oktyabr 2019-cu il tarixində  AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasın əvvəlində multidissiplinar tədqiqatlar aparan hörmətli alim, elmi şuranın üzvü, Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə dokturu Əli Məmmədovun xatirəsi iclas iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan institut direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Sonra elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru  Elşad Əhmədov 2019-cu il üçün illik hesabatların yazılması haqqında əməkdaşları məlumatlandırıb.

Daha sonra 14 iyun 2019-cu il tarixində “Elm” qəzetində dərc olunmuş müsabiqənin nəticəsinə əsasən gizli səs vermə yolu ilə biologiya üzrə elmlər doktoru, professor Zəkəriyyə Məmmədovun  “ Quru onurğasızları ” laboratoriyasına müdir, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun “ Paleozoologiya ” laboratoriyasına müdir, biologiya üzrə fəlsəfə doktoru Şükür Quliyevin “ İctimaiyyətlə əlaqələr ” şöbəsinə müdir, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Nərimanovanın “ Təhsil ” şöbəsinə müdir, həmçinin biologiya üzrə fəlsəfə doktoru Nizami  Novruzovun “ Paleozoologiya ” laboratoriyasına aparıcı elmi işçi,  Nigar Yusifovanın Paleozoologiya ” laboratoriyasına elmi işçi, biologiya üzrə fəlsəfə doktoru  Könül Tapdıqovanın “ Tətbiqi Zoologiya Mərkəzinə ” böyük elmi işçi,  biologiya üzrə fəlsəfə doktoru  Gülbəniz Qasımovanın  “ Quru onurğalıları ” laboratoriyasına böyük elmi işçi vəzifələrinə seçilmələri haqqında Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb.

İclasda həmçinin, bir sıra digər məsələlər də müzakirə olunub.