XƏBƏRLƏR
2165 Arxiv

2019.07.15

Zoologiya İnstitutunun əməkdaşı “Qoşa qanad: VI Fizika və lirika konfransı”nda iştirak edib

13 iyul 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova AMEA Azad Həmkarlar İttifaqı və N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında keçirilən  “Qoşa qanad: VI Fizika və lirika konfransı”nda iştirak edib. Konfransda Sevinc Rəcəbovanın da həmmüəllifi olduğu “Qoşa qanad III (Ədəbi Almanax)” kitabının təqdimatı olub. Kitabda əməkdaşımızın “ Vətən qəlbi yaralıdır!.. ”,  “ Zoologiya İnstitutu ” və “ O, bir mələk! ” adlı əsərləri çap olunub.