XƏBƏRLƏR
2151 Arxiv

2019.04.01

Azərbaycan onurğalılar faunasının taksonomik spektrinin müzakirəsi aparılıb

Martın 29-da  “Azərbaycan onurğalılar faunasının taksonomik spektri” kitabının müzakirəsi ilə bağlı iclas keçirildi. İclasın təşkilinin əsas məqsədi ornitofaunaya daxil olan bəzi quş növlərinin yerli adlarının müzakirə olunması və yekun qərarla qəbul olunması idi. İclasda Zooloji Muzeyin müdiri Səbinə Bünyatova çıxış edərək, indiyə qədər ornitoloqlar tərəfindən təqdim olunmuş adlar arasında 140 növün adları arasında fərqliliyin olduğunu və bunun müzakirə olunaraq yekun adların qəbul edildiyini bildirdi. Müzakirəyə çıxarılmış 20 quş növünün yerli adları ornitoloqlar, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov, biologiya üzrə fəlsəfə doktoru İlyas Babayev, biologiya üzrə fəlsəfə doktoru Tahir Kərimov, biologiya üzrə fəlsəfə doktoru Əbülfəz Tağıyev, Sevinc Rəcəbova, AMEA Zoologiya İnstitutun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov, institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, professor Elşad Əhmədov və  Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyev arasında müzakirə olundu və səs çoxluğu ilə yekun adlar qəbul olundu.