XƏBƏRLƏR
2629 Arxiv

2019.03.04

Zoologiya İnstitutunun əməkdaşlarına torpaq sahəsi paylandı

Martın  4-də  AMEA Zoologiya İnstitutunun əməkdaşlarına torpaq sahəsinin paylanması ilə bağlı iclas keçirildi. AMEA Rəyasət Heyətinin 03 oktyabr  2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən, AMEA-nın “ Xızı ” Kənd Təsərrüfat İstehsalat Kompleksinin istifadəsində olan, Xızı rayonunun Yarımca  kəndi yaxılığında yerləşən torpaq sahəsindən bağçılıq-bostançılıqla məşgul olmaq istəyən əməkdaşlara  müvəqqəti istifadə üçün 10 sot torpaq sahəsi paylandı.

Torpaq sahələrinin paylanması üçün 5 nəfərdən ibarət komissiya yaradıldı. Komissiyaya sədr Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının müdiri Qara Fətəliyev, üzvlər isə Ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli,  Hidrobiologiya laboratoriyasının müdiri Adil Əliyev,  Parazitologiya laboratoriyasının böyük elmi işçisi, Qadınlar Şurasının sədri  Yeganə Mahmudova, Həmkarlar Təşkilatının sədri Vüsalə Nərimanova seçildi.

Belə ki, komissiya üzvlərinin qərarına əsasən  Zoologiya İnstitutunda 5 il və daha çox müddətə  fasiləsiz və qüsursuz fəaliyyət göstərən, yüksək elmi fəaliyyətləri  olan, institutun elmi və ictimai həyatında fəal iştirak edən 5 nəfər əməkdaşa torpaq sahəsi verildi, 3 torpaq səhəsi isə  digər  müraciət edən əməkdaşlar arasında püşkatma yolu ilə təyin edildi.