XƏBƏRLƏR
3100
Arxiv
2018.09.11
Alimlər əbədi işləyən çox dəqiq saat yaradıblar
Avstraliyalı mütəxəssislər hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər. Qurğunun işlənib hazırlanmasına 20 il vaxt sərf olunub.
life.ru saytı xəbər verir ki, “Sapphire Clock” adlı unikal saatın əsasını kriogen sapfirdən hazırlanmış ossilyator təşkil edir. O, praktiki olaraq sıfırdan -267 selsi dərəcəyədək soyudan 1200 karatlıq sapfir kristaldan hazırlanıb.
Yeni saat istənilən kommersiya analoqundan min dəfə daha dəqiq işləyir. Cihaz saniyədə 10 milyard dəfə sürətlə tıqqıldayır. Sapfir saatın işləmə müddəti əlavə sazlamalar olmadan 40 milyon ilə bərabərdir.
http://science.gov.az/news/open/8623
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.