Müdafiələr
131

“Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” elmlər doktoru dissertasiya işi

İddiaçı: B.ü.f.d., dosent Reyhan Şöhlət qızı İbrahimova

Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya mövzusu: Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması.

İxtisas: 2429.01 - “Parazitologiya” 

Elm sahəsi: Biologiya

Elmi məsləhətçi: Biologiya elmləri doktoru, dosent  Qara Hüseyn oğlu Fətəliyevdir. 

Rəsmi opponentlər: Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasının dosenti, b.e.d. E.N.Məmmədov, Azərbaycan Tibb Universitetinin “İctimai sağlamlıq və səhiyyənin təşkili” kafedrasının müdiri, tibb.e.d., professor R.Ə.Çobanov, ARETN Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, b.e.d., AMEA-nın m/üzvü S.H.Məhərrəmov, ARETN Bioresurslar İnstitutunun direktoru, b.e.d., dosent İ.B.Məmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya Şurası

29 dekabr 2023-cü il tarixində, saat 14:00-da ARETN Zoologiya İnstitutunun Dissertasiya şurasında ARETN Zoologiya İnstitutu Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi a.e.i., b.ü.f.d., dosent İbrahimova Reyhan 2429.01 “Parazitologiya”  ixtisası üzrə  “Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Elmlər doktorluğu dissertasiyasının tam mətni 

Elmlər doktorluğu dissertasiyasının avtoreferatı:

https://aak.gov.az/upload/dissertasion/biologiya_elml_ri/Avtoreferat_-_Reyhan_Ibrahimova_(az).pdf