“Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” elmlər doktoru dissertasiya işi
İddiaçı: B.ü.f.d., dosent Reyhan Şöhlət qızı İbrahimova
Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya mövzusu: Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması.
İxtisas: 2429.01 - “Parazitologiya”
Elm sahəsi: Biologiya
Elmi məsləhətçi: Biologiya elmləri doktoru, dosent Qara Hüseyn oğlu Fətəliyevdir.
Rəsmi opponentlər: Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasının dosenti, b.e.d. E.N.Məmmədov, Azərbaycan Tibb Universitetinin “İctimai sağlamlıq və səhiyyənin təşkili” kafedrasının müdiri, tibb.e.d., professor R.Ə.Çobanov, ARETN Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, b.e.d., AMEA-nın m/üzvü S.H.Məhərrəmov, ARETN Bioresurslar İnstitutunun direktoru, b.e.d., dosent İ.B.Məmmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya Şurası
29 dekabr 2023-cü il tarixində, saat 14:00-da ARETN Zoologiya İnstitutunun Dissertasiya şurasında ARETN Zoologiya İnstitutu Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi a.e.i., b.ü.f.d., dosent İbrahimova Reyhan 2429.01 “Parazitologiya” ixtisası üzrə “Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Elmlər doktorluğu dissertasiyasının tam mətni
Elmlər doktorluğu dissertasiyasının avtoreferatı:
https://aak.gov.az/upload/dissertasion/biologiya_elml_ri/Avtoreferat_-_Reyhan_Ibrahimova_(az).pdf