XƏBƏRLƏR
3480 Arxiv

2017.12.28

Protozoologiya və Parazitologiya laboratoriyalarında məktəblilər mikroskopla tanış oldular

Protozoologiya və Parazitologiya laboratoriyalarında məktəblilər mikroskopla tanış oldular. Uşaqların yaşlarından asılı olaraq onlar üçün maraqlı olan müxtəlif obyektlərdən preparatlar hazırlanıldı. İlkin olaraq müxtəlif bitkilərin (ətirşah, nəzərgülü) yarpaqlarının, çiçəyinin və gözlə görünməyən hissələrinə (dəricik, yarpaqların damarlanması, tükcükləri) kaktus bitkisinin tikanlarına, gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər, un və s. məmulatlara mikroskop altında baxıldı. Əyani vəsaitlər üzərində şagirdlərə ibtidai birhüceyrəlilər, həşəratlar (ağcaqanad, qarışqa və s.) haqqında məlumat verildi.  Şagirdlər müvəqqəti preparatların hazırlanmasında da iştirak etdilər. Bunlar uşaqlar tərəfindən çox maraqla qarşılandı. Baxış üçün müasir texnologiyalara uyğun olan  Nikon işıq mikroskopundan və lupadan istifadə edildi. Uşaqlara mikroskopdan istifadə qaydaları və mikroskop haqqında məlumatlar verildi.