İctimaiyyətlə Əlaqələr Şöbəsi

 İnstitutun İctimaiyyətlə Əlaqələr Şöbəsi 2017-ci ildə yaradılmışdır. Şöbənin yaradılmasında əsas məqsəd AMEA Zoologiya İnstitutunun vahid informasiya siyasətini həyata keçirmək, İnstitutun fəaliyyətini Azərbaycan və dünya elmi ictimaiyyətinə çatdırmaq, İnstitutda aparılan islahatlar, elmi tədqiqatlar, əldə olunan nailiyyətlər, keçirilən müxtəlif səpkili tədbirlər və s. haqqında məlumatların ictimaiyyətə və KİV-ə operativ və sistemli şəkildə ötürülməsini təmin etmək, İnstitutun alim və mütəxəssislərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaq,elmin kütləvi təbliği və populyarlaşdırılmasını təşkil etməkdən ibarətdir.

• AMEA Zoologiya İnstitutu tərəfindən həyata keçirilən işlər barədə müvafiq məlumatları ictimaiyyətə çatdırmaq, bununla əlaqədar press-reliz, məlumat bülleteni, bəyanat, o cümlədən müsahibə və çıxışlar hazırlamaq;

• AMEA Zoologiya İnstitutunun rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, media nümayəndələri ilə görüşlərini təşkil etmək;

• AMEA Zoologiya İnstitutunun rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşləri haqqında məlumatları ictimaiyyətə çatdırmaq;

• AMEA Zoologiya İnstitutunun fəaliyyəti ilə bağlı KİV-də yayılan materialların gündəlik monitorinqini aparmaq və bu barədə rəhbərliyə məlumat vermək.

KADR POTENSIALI :

Şöbə müdiri - Nərimanova Vüsalə Saleh qızı

Mütəxəssis - Vəliyeva Aysel Azər qızı

                            Orucəliyeva Günay Qafqaz qızı

                            Nadirli Elmar Eldar oğlu

                           Ağayeva Aynur Allahverdiyevna

Texnik - Şirinov Daşqın Elman oğlu 

Mühəndis-proqramlaşdırıcı - Məmmədov Könül Adil qızı