XƏBƏRLƏR
3202 Arxiv

2017.10.25

AMEA Zoologiya İnstitutunun doktorantı Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub

Zoologiya İnstitutunun doktorantı Gülnarə Hüseynova Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunda elmi ezamiyyətdə olub. Doktorant səfər müddəti ərzində " Azərbaycanın Muğan düzündə buğda (triticum) bitkisinin fitohelmintlərinin (nematoda) biotası" dissertasiya mövzusu üzrə tədqiqat işi aparıb. Tədqiqat işləri G.Hüseynovanın elmi rəhbəri, Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Aleksandr Yuryeviç Rıssin rəhbərliyi altında aparılıb.
Tədqiqat zamanı buğda bitkisinin nematodlarının öyrənilməsi istiqaməti öyrənilib, nematodların 3 metodla müəyyən olunması ilə bağlı təcrübələr həyata keçirilib, Kulturada nematodların artırılması, nematod sürfələrinin saxlanılması və ayrılması üsullarını öyrənilib.