XƏBƏRLƏR
1082 Arxiv

2017.11.16

AMEA Zoologiya İnstitutuna AzScienceNet şəbəkəsinin virtual maşınlarından istifadə hüququ verilib

Məlumdur ki, AzScienceNet elm komputer şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili,  institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından geniş imkanlar təqdim edir. AzScienceNet-in Data Mərkəzində hesablama işlərini həyata keçirən və böyük həcmli yaddaş resurslarını təklif edən virtual maşınlar yaradılmışdır ki, bu da elmi müəssisələrdə aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələləri qısa vaxt ərzində həll etmək imkanı yaradır.

Bu xidmət vasitəsi ilə AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin Riyaziyyat qrupu böyük yaddaş və ya yüksək hesablama  sürəti  tələb edən tənliklərdən ibarət riyazi modellərin həllini, aerokosmik şəkillərin xüsusi standart proqramların köməyi ilə araşdırılmasını, Azərbaycanın “Qırmızı Kitab”ına düşmüş heyvanların yeni yaşayış arealının təyini məsələlərini reallaşdıra bilər.