XƏBƏRLƏR
3356 Arxiv

2017.09.25

"AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının növbəti sayı çap olunub

"AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının 72-ci cildinin 1-ci nömrəsi çapdan çıxıb.

Jurnalın bu sayında AMEA-nın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən 25-dən artıq məqalə çap olunub.

Bundan əlavə, nəşrdə Ukraynanın Xerson Dövlət Aqrar Universitetinin əməkdaşı A.L.Rudikin və Xarkov Tibb Akademiyasının əməkdaşları A.Y.Şerbakov və T.A.Melikovanın məqalələri də əksini tapıb.

Jurnalda, həmçinin çapa təqdim olunan məqalələrin Azərbaycan, rus və ingilis dillərində tərtibi qaydaları da verilib. 

http://science.az/news/open/6405