XƏBƏRLƏR
1530 Arxiv

2017.05.03

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olmuşlar

AMEAZoologiya İnstitituTətbiqi Zoologiya Mərkəzinin əməkdaşları – e.i. Ş.M.Məhərrəmova və e.i. G.Ə.İsmayılova  25.04.-26.04.2017-ci il tarixlərində Göyçay rayonunda ekspedisiyada olmuşlar.  Ekspedisiya zamanı Göyçay rayonu  ərazisində yerləşən AZNAR şirkətinin  3 müxtəlif yaşda olan nar bağlarında müşahidələr aparılmış və uyğun stasionar sahələr seçilmişdir. Ərazidən nar kolları arasında qeydə alınan ot bitkilərindən və nar kollarında qeydə alınan müxtəlif göbələk və virus xəstəliklərinə yoluxmuş oduncaqdan nümunələr götürülmüşdür.

Eyni zamanda ekspedisiya zamanı AZNAR şirkətinin ofisində Hindistandan dəvət olunmuş Patil Biotech Pvt.LTD-nin mütəxəssisi Malhendra İngle və Punica Exports Pvt.LTD-nin mütəxəssisi  Pankaj Patil ilə və AZNAR-ın əməkdaşları ilə müzakirələr keçirilmişdir. Burada Hindistan şirkətlərinin mütəxəssisləri öz təcrübələri haqqında, institutumuzun əməkdaşları isə Azərbaycanda qeydə alınan nar bitkisinin ziyanvericiləri haqqında məruzələr etmişlər. Sonda xatirə şəkilləri çəkilmişdir.