XƏBƏRLƏR
1394 Arxiv

2017.04.25

AMEA-nın istehsalı olan “Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyatdan keçib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda hazırlanaraq Təcrübə Sənaye Zavodunda istehsal olunan “Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyatdan keçib.

Hazırda məhsulun Səudiyyə Ərəbistanında dərman preparatı kimi qeydiyyata alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, 2014-cü ilin oktyabrın 23-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Ağ Naftalan yağı”nı xaricə istifadə üçün dərman preparatı kimi qeydə alıb.

http://science.gov.az/news/open/5525