XƏBƏRLƏR
3810 Arxiv

2016.11.16

AMEA Zoologiya İnstitutunun əməkdaşı Türkiyənin Muğla şəhərində keçirilən “V Muğla beynəlxalq arıçılıq və şam balı konqresi”-ndə iştirak etmişdi

Cücülərin ekologiyası və fiziologiyası laboratoriyasının əməkdaşı R.C.Əliyevanın  01.11 – 05.11.2016-cı il tarixində Türkiyənin Muğla şəhərində keçirilən “V Muğla beynəlxalq arıçılıq və şam balı konqresi”-ndə iştirak etmək etmişdir. O, ezamiyyət müddətinin ilk günü Türkiyənin Muğla Sıtkı Koçman Universitetinə gedərək, burada arı xəstəliklərinin öyrənilməsi ilə bağlı metodiki təhsil almaq üçün baytarlıq fakültəsinin dekanı Prof.Dr. Hayrettin Akkaya və elmi katibi Nuray Çiftçi ilə danışıqlar aparmışdır. Qalan 4 gün müddətində konfransda iştirak edib, buradakı dünya arıçıları və alimlərinin çıxışlarını dinləyərək qeydlər etmişdir.. Həmçinin əməkdaşımız konfransda Türkiyənin Ondokuz Mayıs Universitetinin Zootexnologiya kafedrasının müdiri Prof.Dr. Ahmet Güler ilə həmin universitetdə arı cinslərinin təyini və suni mayalanma proseslərinin öyrənilməsi ilə bağlı metodikaya yiyələnmək və AMEA Zoologiya İnstitutunun həmin universitetin Zootexnologiya kafedrası ilə birgə Azərbaycanda arı cinslərinin təyini, ana arının yetişdirilməsi və suni mayalanma prosesləri ilə əlaqədar layihə işlənməsi barəsində danışıqlar apararaq, müsbət nəticələr əldə etmişdi. Ezamiyyət müddətində alimlərlə onların arı xəstəlikləri və cinslərin təyin olunması ilə bağlı tədqiqatlarının metodikaları haqqında məlumat toplamışdır. Gənc əməkdaşımız ezamiyyət müddətində dünya üzrə arı və arının məhsulları ilə hansı təcrübə və tədqiqatların aparıldığını və bu tədqiqatlar zamanı hansı metodlardan istifadə olunması barəsində məlumata yiyələndiyini vurğuladı.

Sonda , gənc əməkdaşımız konfransda iştirak etməyin ona elmi-metodiki cəhətdən olduqca maraqlı və gələcəkdə elmi-tədqiqat planlarının düzgün istiqamətləndirilməsi baxımından çox məhsuldar olduğunu qeyd etdi.