XƏBƏRLƏR
1140 Arxiv

2016.10.11

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Zoologiya İnstitutunda 11 oktyabr 2016-cı il tarixli Elmi şura keçirilib. Şuranı İnstitutun direktoru Elman Yusifov açıq elan etdi.

 İclasda, Azərbaycan Respublikasının Prezidentinin 03 oktyabr 2016-cı il tarixli  Sərancamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında bioloji  müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün AMEA Zoologiya İnstitutunun həyata keçirilməsi nəzərdə tutulmuş məsələlər müzakirə olundu.

Daha sonra, İnstitutun direktoru Elman Yusifov, AMEA Rəyasət Heyətində “Biologiya və tibb elmləri–2030: Yol xəritəsi” mövzusunun müzakirəsi və müvafiq qərarın qəbulunun  planlaşdırılmasına dair vacib məsələlər (dünya elmində gedən tendensiyaları, milli səviyyədə tələb və ehtiyacları nəzərə alaraq, müvafiq elm sahələri üzrə həllini gözləyən başlıca problemlər və prioritet istiqamətlər; nəzərdə tutulan tədqiqatların məqsəd və vəzifələri, gözlənilən nəticələri; innovativ yönümlü, kommersiya dəyəri olan elmi fəaliyyətlər üzrə təkliflər) haqqında şura üzvlərinə ətraflı məlumat verdi.

Sonda, şura üzvləri qeyd edilən məsələlər ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndirdilər.