XƏBƏRLƏR
490 Arxiv

2024.05.06

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

6 may 2024-cü il tarixində ETN Zoologiya institutunda Zooloji seksiyanın Zoom platforması üzərindən növbəti onlayn iclası baş tutub. İclası giriş sözü ilə açan Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü İlham Ələkbərov tədbir iştirakçılarını salamlayıb. Mütəxəssislər biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3 dissertasiya mövzusunu müzakirə etmişlər. ARETN Zoologiya institutunun fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Ləman Bəhram qızı Dadaşovanın 2401.01-Zoologiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Azərbaycanın Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsinin su tutarlarında Hirudo orientalis növünün yayılması və genetik müxtəlifliyinin tədqiqi”  adlı dissertasiya mövzusu (Elmi rəhbərlər: Biologiya üzrə fəlsəfə doktoru  Əliyev Adil Rüstəm oğlu və biologiya üzrə fəlsəfə doktoru Məmmədov Ələmdar Çərkəz oğlu), ARETN Zoologiya institutunun fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Suman Natiq qızı Məmmədhəsənovanın 2429.01- Parazitologiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında becərilən kartof (Solanum tuberosum L.) bitkisinin nematodlarının identifikasiyası və patogenliyi” adlı  dissertasiya mövzusu (Elmi rəhbər: Biologiya elmləri doktoru Fətəliyev Qara Hüseyn oğlu və biologiya üzrə fəlsəfə doktoru  Sultanova Nərgiz Fəxrəddin qızı) və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Hacı Bəxtiyar oğlu Axundzadənin 3109.01 - Baytarlıq cərrahlığı ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “İri buynuzlu heyvanlarda pododermatitin kompleks müalicə strategiyasının hazırlanması və tətbiqi” adlı  dissertasiya mövzusu müzakirə olundu.

Birinci mövzu üzrə iclasın sədri, b.e.d., AMEA-nın müxbir üzvü İlham Ələkbərov, b.e.d. Şaiq İbrahimov, b.ü.f.d. İlhamə Kərimova tərəfindən suallar verildi. İddiaçı suallara cavab verdi. Aparılan müzakirələr sonunda dissertasiya işinin mövzusunda heç bir dəyişiklik edilməməsi qərara alındı.

İkinci və üçüncü mövzular  üzrə iclasın sədri, b.e.d., AMEA-nın müxbir üzvü İlham Ələkbərov, a.e.ü.f.d. Ələddin Eyvazov, b.e.d. Elşad Əhmədov, b.e.d. Şaiq İbrahimov,  b.ü.f.d. İlhamə Kərimova və  b.ü.f.d. Təvəkkül İsgəndərov tərəfindən suallar və təkliflər verildi. İddiaçılar suallara ətraflı və dolğun cavablar verdi. Aparılan müzakirələrdən sonra dissertasiya mövzularında bir neçə dəyişikliklər edilərək qəbul edildi.

Sonda müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.