XƏBƏRLƏR
717 Arxiv

2024.05.02

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

2 may 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. ARETN Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin dissertantı Hüseyn Sahib oğlu Rəsulzadənin “Naxçıvan Muxtar Respublikasının su-bataqlıq quşları, bəzi növlərin istifadə perspektivləri və ətraf mühit amillərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.e.d., professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Hüseynəli oğlu Talıbovdur.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Hüseyn Sahib oğlu Rəsulzadənin “Naxçıvan Muxtar Respublikasının su-bataqlıq quşları, bəzi növlərin istifadə perspektivləri və ətraf mühit amillərinin qiymətləndirilməsi” adlı dissertasiya mövzusunun 2401.01 “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.