2024.04.30
Zoologiya İnstitutunun aliminin məqaləsi Caucasiana jurnalında çap olunub
ARETN Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi b.e.d.,dos. Natalya “Sneqovayanın Successions of terrestrial invertebrate communities during the Tsey Glacier retreat, Central Caucasus” adlı xarici həmmüəlliflərlə birgə məqaləsi Caucasiana jurnalında çap olunub. Məqalənin məzmununu diqqətinizə çatdırırıq:
Qafqaz buzlaqları geri çəkilirlər – onurğasız heyvanlar və qonurdişlər irəliləyir!
Kiçik buzlaşma dövrü başa çatdıqdan sonra dünya üzrə buzlaqların kütləsi azalır. Bu hal Qafqazda yalnız iqlim dəyişmələri - istiləşmənin nəticəsi deyil, daha çox buz səthinin albedosunu azaldan Afrika səhralarından gələn toz səbəbindən baş verir. Qafqazda buzlaqların sahəsi son 20 ildə 25% azalmışdır (Tielidze et al., 2022). Nival heyvanların ya nəsli kəsilir, ya da onlar buzlaşmadan azad olmuş sahələrə qalxmalı olurlar. Müxtəlif müəlliflər bəzi növlər üçün yayılma areallarının 300-900 m hündürlüyədək qaxdığını qeyd edirlər. Qafqazda isə bir çox nival qurşaq buğumayaqlıları ümumiyyətlə hələ təsvir edilməmişdir, əksəriyyəti isə Qafqaz endemikləridir. 7-10 il ərzində buzlaqların yerində zəngin çəmən birlikləri, 60 ildən sonra isə əsl meşələr formalaşır. 2021-2024-cü illərdə sinekologiya laboratoriyası tərəfindən Mərkəzi Qafqazın 3 buzlağında (Tseys, Bəzəngi, Kaşkataş) tədqiqat işləri aparılaraq, dəqiq yaşı 1-170 olan sahələrdə bütün mümkün üsullarla zooloji materiallar toplanmışdır. Tədqiqatların məqsədi avtoxton suksessiya tipini (“tamamlayıcı” yaxud “əvəzləyici”) müəyyən etmək və endemik növlərin suksessiyanın mərhələlərinə aidiyyatını qiymətləndirməkdən ibarət olmuşdur. Müəyyən edilmişdir ki, (1) bir çox qrupların taksonomik müxtəlifliyi ardıcıl artır, (2) dominantların dəyişməsi bütün torpaq heyvanlarında baş verir, (3) ən kəskin dəyişikliklər bitki suksessiyaları mərhələlərinə uyğundur, (4) suksessiya sürəti isə meşə fazasında zəifləyir. Bu zaman (5) növlərin pioner kompleksi buzlağın özünün səthində mövcud olan supraqlyasial birliklərə çox oxşardır. (6) Qafqaz endemikləri bütün suksessiya mərhələlərində çoxsaylıdır. Bu Rusiyada ilk tədqiqatdır və qlyasioloqlar (REA Qlyasologiya inst.), botaniklər (REA Botanika inst., Şimali Osetiya qoruğu) və müxtəlif ölkə və şəhərlərin sistematik zooloqlarının sıx əməkdaşlılğı sayəsində mümkün olmuşdur. Dünyada ilk dəfə toplanmış bütün materiallar növədək təyin edilmişdir. Məhz bunun nəticəsində müasir suksessiya nəzəriyyəsinin 2 əsas prinsipi təkzib edilmişdir. Klassik «predator first paradox principle» (Hodkinson et al. 2001, 2002) prinsipinin yaxın vaxtlarda təklif edilmiş «Collembola first principle» (Hågvar et al. 2020; Hågvar and Gobbi 2022) ilə dəyişdirilməsinin məqsədəuyğun olmadığı qəbul edilmişdir. Çünki bir çox iri taksonlar və trofik qruplar qısa bir zamanda buzlardan azad olmuş cavan səthlərdə əmələ gəlir.
Ледники Кавказа отступают (1).pdf
Makarova et al., 2024_Tsey Glacier succession_Caucasiana.pdf