XƏBƏRLƏR
381 Arxiv

2024.04.17

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Bərdə rayonunda ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Gülnaz İsmayılova, Rəfiqə Qazi, Fatimə Güləhmədzadə və Mətanət Qubadova 04.04.-09.04.2024-cü il tarixlərində Bərdə rayonunda ekspedisiyada olmuşlar.  Ekspedisiya müddətində Bərdə rayonunun Qarağacı, Mirzəcəfərli və Mollagüllər kəndində yerləşən bir sıra yonca əkin sahələrinə monitorinq keçirilmişdir. Monitorinq zamanı yoncanın yarpaq və gövdə hissəsinə zərərvericilər tərəfindən ziyan dəydiyi qeydə alınmışdır. Sahədən təyinat aparmaq üçün sürfə, pup və yetkin mərhələdə olan zərərvericilər  toplanaraq laboratoriyaya gətirilmişdir.