XƏBƏRLƏR
622 Arxiv

2024.03.18

ETN Zoologiya İnstitutunda BDU-nun IV kurs tələbələri elmi-tədqiqat təcrübəsi keçirlər

BDU-nun Biologiya fakultəsində “Biologiya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər. Təcrübə müddəti 15 mart-04 aprel tarixlərini əhatə edəcək. Onlar İnstitutun müxtəlif laboratoriyalarının əməkdaşlarının rəhbərliyi altında elmi-tədqiqat təcrübələri apararaq nəzəri və praktiki biliklərə yiyələnirlər.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu arasında uzun müddət davam edən qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrin təcrübə keçməsinə şərait yaradılmışdır.