XƏBƏRLƏR
899 Arxiv

2024.03.15

ETN Zoologiya institutunda elmi tədqiqat təcrübəsi keçən BDU–nun II kurs magistrantlarının hesabatı keçirilib

15 mart 2024-cü il tarixində ETN Zoologiya institutunda elmi tədqiqat təcrübəsi keçən  BDU–nun Biologiya fakultəsinin Zoologiya və fiziologiya kafedrasının II kurs magistrantlarının hesabatı keçirilib. Hesabatda institutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov, icraçı direktor, b.ü.e.d. Elşad Əhmədov, Təhsil şöbəsinin müdiri b.ü.f.d., Şəfa Xasayeva, laboratoriya müdirləri və digər əməkdaşlar iştirak etmişlər.

İclasda magistrantlar bir ay (18 fevral-15 mart) ərzində institutun müxtəlif şöbə və laboratoriyalarında elmi-tədqiqat təcrübəsi zamanı öyrəndikləri nəzəri və praktiki vərdişlərdən bəhs etmişlər, onlara verilən sualları cavablandırmışlar.