XƏBƏRLƏR
983
Arxiv
2024.02.22
ETN Zoologiya İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc edilib
Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d., dosent Simuzər Oruc qızı Məmmədovanın “Cryptosporidium and agriculture: A review” adlı məqaləsi Web of Science, Scopus bazalarına (Q 1 ) daxil olan yüksək impakt faktorlu (İF 9.8) “Science of The Total Environment” adlı jurnalda dərc olunub. Məqalədə dünya üzrə kənd təsərrüfatı heyvanlarında və ətraf mühitdə yüksək zoonoz xüsusiyyətə malik olan Cryptosporidium cinsinə aid olan koksidilərin yayılması haqqında geniş məlumat əks olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.