XƏBƏRLƏR
1017 Arxiv

2024.02.21

ETN Zoologiya İnstitutunda BDU-nun II kurs magistrantları elmi-tədqiqat təcrübəsi keçirlər

BDU-nun Zoologiya və Fiziologiya kafedrasının II kurs magistrantları Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər. Təcrübə müddəti 16 fevral-16 mart tarixlərini əhatə edəcək. Magistrantlar ixtisaslarına müvafiq olaraq müxtəlif laboratoriyalarda nəzəri və praktiki biliklərə yiyələnirlər. Onlar Tətbiqi Zoologiya Mərkəzində, Hidrobiologiya, Parazitologiya, Quru onurğalıları və Quru onurğasızları laboratoriyalarının əməkdaşlarının rəhbərliyi altında elmi-tədqiqat təcrübələri aparırlar.