XƏBƏRLƏR
486 Arxiv

2024.01.31

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən edilib

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi tədqiqat işləri Müsabiqənin Elmi Ekspertiza Komitəsi tərəfindən meyarlara uyğun olaraq qiymətləndirilib. Müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilib. 

Belə ki, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllimi Vəfa Xankişiyeva və şagirdləri - Paşazadə Asi, Əliyeva Nurayın təqdim etdiyi layihə sərgiyə qəbul olunub.

Qeyd edək ki, şagirdlər, təqdim etdikləri layihənin elmi, praktiki biliklərinə və metodikasına yiyələnmək məqsədilə ETN Zoologiya İnstitutunun kiçik elmi işçisi Rəfiqə Qazinin rəhbərliyi ilə nəzəri məlumatlar əldə etmiş və laborator şəraitdə mikrosporidial xəstəliyinin təyinatını öyrənmişlər.

İnstitutumuz adından sərgiyə seçilən şagirdləri təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq!